Rza Zərrab ilk dəfə həbsindən danışdı

rza-zerrab-ilk-defe-hebsinden-danisdi
Oxunma sayı: 3124


“Qafqazinfo” xəbər verir ki, iş adamı ölkənin hakim partiyasına yaxınlığı ilə tanınan “Sabah” qəzetinə maraqlı açıqlamalar verib:

“Həbsxanada ikən mənə “günahı hökumətin üstünə yıx, azad edilməyin haqda sənədi verək” zəmanəti verdilər. Qəbul etmədim. Səhər saat 5-də ən məhrəm yerdən, 30 polislə yataq otağımı basdılar. Qapıda 20 kamera ilə çəkiliş aparıldığını görəndə bunun bur təzyiq əməliyyatı olduğunu anladım”

Rza Zərrab mətbuatda onun nazir Zəfər Çağlayana 700 min lirəlik saat bağışlaması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu saat hardan çıxdı? 700 min lirəlik saatmı olur?” dedilər və sair. O boyda 200 trilyonluq qızıl ticarətinin analizini buraxıb saat analizi edirlər. Saatla əlaqəli məhkəməyə təqdim edilən sənədlərdən sonra o saatı dilinə dolayan bəyəfəndilərin nücə üzr istədiklərini səbirsizliklə gözləyirəm. O saatı cənab Çağlayanın qoluna “paralel” taxdı, Zərrab taxdı, cənab baş nazir özümü taxdı, hamımız görəcəyik ”. 

Zərrab həmçinin iranlı iş adamı Babək Zəncani ilə cəmi bir dəfə qarşıladığını, həmçinin həyata keçirdiyi ticarətin qanunlara uyğun olduğunu bildirib.