Rzanın Günelə göndərdiyi mesaj ortaya çıxdı - Video

Rzanın Günelə göndərdiyi mesaj ortaya çıxdı
Oxunma sayı: 7947

Türkiyənin Beyaz maqazin verilişində Cənubi azərbaycanlı iş adamı Rza Zarrab və müğənni Günel Zeynalova münasibətindən bəhs edilib.

“Qafqazinfo” xəbər verir ki, aparıcılar Rzanın illər əvvəl Günelə müğənni Ebru Gündeşlə xəyanət etdikdən sonra onu təhdid etdiyini deyiblər.  

“Mən Ebruyu sevirəm, sussun. Yoxsa biabır olar”, - deyə iş adamı Günelə xəbər yollayıb. 

Bir müddət əvvəl isə Rza Günelin “Adı yok” mahnısını paylaşıb. Sözlərin müəllifi Rza özüdür. İddia olunub ki, iş adamı Günellə yenidən barışmaq istəyir. 

Verilişin aparıcısı Bilal Özcan “ad günündən bir gün əvvəl edilən paylaşımdır. Rza ona aşiqdir. Günel Rzaya ərə gedəcəyini düşünürdü. Gəlinlik seçdiyi anda ona bir zəng gəlir. Dostu deyir ki, səninki Ebru Gündeşlə evlənir. Həmin günün səhəri jurnalistlər Günelə sual verir. O isə cavab verir ki, yalandır, Rza mənə çiçəklər göndərir. Saf qız ona inanır. İndi Günel həyatını yenidən qurdu, özünü möhtəşəm formada yenilədi. İndi çox gözəl bir qadındır”, - deyib.

Qeyd edək ki, Rza və Günel nişanlı olub. İş adamı daha sonra müğənni Ebru Gündeşlə ailə qurub. Onun bu nikahdan bir qız övladı var. Ebru və Rzanın ayrılığına səbəb isə iş adamının ona Hadisə ilə xəyanət etməsi olub.