“S-400”lərin Türkiyəyə təhvil veriləcəyi tarix açıqlandı

s-400lerin-turkiyeye-tehvil-verileceyi-tarix-aciqlandi
Oxunma sayı: 1911

Rusiya prezidenti Vladimir Putinin hərbi və texniki əməkdaşlıqlar üzrə müavini Vladimir Kojin “S-400” raket əleyhinə müdafiə sistemlərini Türkiyəyə verilməsi barədə açıqlama verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kojin “S-400”lərin 2019-cu ilin sonuna qədər göndərəcəklərini bildirib.

Qeyd edək ki, kompleksin daha öncə 2020-ci ildə təhvil veriləcəyi bildirilsə də, Putin və Ərdoğan arasındakı görüşdə vaxtın tezləşdirilməsi barədə razılıq əldə edilmişdi.