Saakaşvili Bakıdadır - Yenilənib+Video + Fotolar

saakasvili-bakidadir-yenilenibvideo-fotolar-
Oxunma sayı: 642

Gürcüstan prezidenti Mixail Saakaşvilin Azərbaycana səfəri başlayıb. “Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvilinin mətbuat xidməti bildirib.

Səfər zamanı Gürcüstan prezidenti dövlət başçısı İlham Əliyev, parlament sədri Oktay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşəcək.

Gürcüstan hava limanından yola düşməyə hazırlaşan Saakaşvili artıq beş gündür ki, mühafizəçilərsiz gəzdiyini bildirib. Qeyd edək ki, onu müşayiət edən nümayəndə heyətinin tərkibinə Tbilisi meri və həyat yoldaşı, eyni zamanda parlament üzvləri var.

***
Heydər Əliyev Beynəlxalq hava limanında Gürcüstan prezidentini və xanımını Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov, eləcə də xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.