Saakaşvili barəsində həbs qərarı

saakasvili-baresinde-hebs-qerari
Oxunma sayı: 1635


"Qafqazinfo" Azadlıq Radiosuna istinadən xəbər verir ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvilinin həbsini istəyib. Buna səbəb eks-prezident Baş Prokurorluqda istintaqa gəlməkdən imtina etməsi olub. 

Avqustun 1-də Tbilisi şəhər məhkəməsi prokurorluğun tələbini təmin edib.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Hazırda ABŞ-da yaşayan Mixeil Saakaşvili özü bu ittihamları rədd edir.