“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, bu barədə danışan Odessa Vilayət Administrasiyası rəhbərinin mətbuat xidmətini əməkdaşı bildirib ki, yeni qubernator Saakaşvili Gürcüstan vətəndaşlığında imtina eləmək fikrindədir.
Onun sözlərinə görə, Gürcüstanın sabiq prezidenti bir vaxt öz ölkəsində siyasi ambisiyaları barədə bəyanatlar versə də hazırda “Gürcüstan vətəndaşlığından imtina” mərhələsindədir.
Xatırladaq ki, Saakaşvilinin özünə təzəlikcə müavin təyin elədiyi, Mariya Qaydar əksinə, Rusiya vətəndaşlığından çıxmaq niyyətində olmadığını bildirib.
Son xəbərlər
Son Xəbərlər