Saakaşvili Gürcüstana niyə təyyarə ilə qayıtmayıb?

saakasvili-gurcustana-niye-teyyare-ile-qayitmayib
Oxunma sayı: 1528

“Sabiq Prezident Mixail Saakaşvili Gürcüstana əvvəlcə təyyarə ilə getməyi planlaşdırırdı, lakin onun bileti ləğv olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Saakaşvilinin sevgilisi, ukraynalı millət vəkili Yelizaveta Yasko jurnalist Alesya Baçmana verdiyi müsahibəsində deyib. 

“Onun təyyarəyə buraxılmayacağı və yaxud təyyarənin havaya qalxmayacağı ilə bağlı məlumat var idi. O, bu təyyarədə çox güman ki, uçmasına icazə verilməyəcəyini başa düşürdü. Onun bundan sonra necə qərar verdiyini deyə bilmərəm, çünki Strasburqda idim. Bilet alınmışdı, lakin daha sonradan ləğv edildi. Rezervasiya sisteminə hücumlar təşkil olunmuşdu. Onun biletinin olmaması üçün hər şey edilmişdi.

Düşünürəm ki, Saakaşvili həmin təyyarə ilə uçan insanların təhlükəsizliyini təhlükə altına atmaq istəmirdi”, - deyə ukraynalı deputat əlavə edib.

Həmçinin oxuyun: Saakaşvili həbsindən iki gün əvvəl Gürcüstana gəlib