Saakaşvili maaşının artırılmasına etiraz etdi

saakasvili-maasinin-artirilmasina-etiraz-etdi
Oxunma sayı: 2461

“Əmək haqqımı mənim xəbərim olmadan artırıblar”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılması xəbərinə münasibət bildirərkən deyib.

“Bu gün əmək haqqımın artırılması həqiqətən də, məni təəəcübləndirdi. Əminəm ki, Ukraynada məmurlar öz əziyyətlərinə görə maaş almalıdırlar. Nə mən, nə də mənim komandam burda pula görə yox, bu ölkənin daha parlaq gələcəyi üçün çalışırıq. Bu qərar mənim bilgim olmadan verilib. Adi işçilərin özlərinə çörək almağa imkanları olmadığı ölkədə maaşımın artmağına heç vaxt imkan verməzdim. Mən bu qərarı ləğv edirəm və günahkarları mütləq cəzalandıracağam”.

Qeyd edək ki, bu gün mətbuatda M. Saakaşvilinin maaşının artırıldığı barədə xəbər yayılıb.