Saakaşvili məhkəmədə iştirak etməyəcək

saakasvili-mehkemede-istirak-etmeyecek
Oxunma sayı: 1099

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə feysbukda yazıb.

“Səhhətimlə əlaqədar sabahkı prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə şey o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi cümə axşamı Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı işinə baxmağa davam edəcək. İlk iclas noyabrın 16-da, Saakaşvilinin məhkəmədə iştirak etmədiyi vaxt baş tutub.