Saakaşvili nə qədər müddətə sağalacaq? - Həkimi açıqladı

saakasvili-ne-qeder-muddete-sagalacaq
Oxunma sayı: 1681

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tam sağalması üçün bir neçə ay lazım olacaq”.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. 

“Yalnız qidalanma haqqında danışsaq, onun normal qidalanması bir-iki ay çəkəcək, lakin digər orqanların bərpası üçün vaxt lazımdır. Fikrimcə, ona bir neçə ay lazım olacaq”, - deyə kipşidze bildirib. 

O qeyd edib ki, Saakaşvili özünü zəif hiss etsə də, plana uyğun müalicə alır.

"Onun zəifliyi var və bu zəiflikdə qeyri-adi heç nə yoxdur. Təzyiq, digər laboratoriya parametrləri normal həddədir. Əlbəttə, bəzi göstəricilərin düzəldilməsinə ehtiyac var və bu, 5-6 günə başa çatmayacaq uzun prosesdir”, - deyə eks-prezidentin həkimi söyləyib. 

Müalicə prosesi başa çatdıqdan sonra Saakaşvili Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.