Odessanın qubernatoru Mixail Saakaşvili Ukrayna prezidentinə xəbərdarlıq göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə öz şəxsi hesabında yazan Saakaşvili Petro Poroşenkodan “təcili və köklü islahatlara” başlamağı tələb edib. O, “Biz boş vədlər eşitməkdən və gözləməkdən yorulmuşuq. Hələlik köhnə korrupsiya sistemi addım-addım revanş götürür”, - deyə vurğulayıb.
Həmçinin, qubernator Nikolay Stoyanovu Odessa vilayətinin baş prokuroru vəzifəsindən azad etməyi tələb edib. O, Stoyanovu “separatçı və yaltaq oliqarxlar” adlandırıb.
Saakaşvili öz tələblərində Odessa meri Qennadi Truxanovun da adını çəkib və ona qarşı cinayət işi qaldırılmasını tələb edib. Truxanovu separatçı şəhər rəhbəri adlandıran Saakaşvili bildirib ki, Truxanov ofşor müəssisələrə sahibdir və onun Rusiya vətəndaşlığı var.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər