Saakaşvili Poroşenokonun müşaviri oldu - - İki ölkə qarışdı

saakasvili-porosenokonun-musaviri-oldu-
Oxunma sayı: 2000


“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Saakaşvilinin təyinatı məsələsini aydınlaşdırmaq məqsədilə Ukraynanın bu ölkədəki səfiri Vasil Çıbenko Gürcüstan XİN-nə çağırılıb. 

Gürcüstan XİN-in yaydığı məlumata görə, səfir Saakaşvilinin təyinatı ilə bağlı Ukraynanın aidiyyəti strukturlarının izahatlarını dinləmək niyyətində olduğunu ifadə edib. 

Xatırladaq ki, prezident Petro Poroşenkonun 13 fevral sərəncamı ilə Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Yanında Beynəlxalq Məsələlər üzrə Müşavirlər Şurasının sədri təyin edilib.