Odessanın eks-qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Maltada keçirilən Avropa Xalq Partiyasının konqresində çətin duruma düşüb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən çəkilən və müzakirələrə səbəb olan fotoları siyasətçi özü Facebook hesabında yerləşdirib. Fotodan da göründüyü kimi Saakaşvili zalda başqasının yerini tutub. Belə ki, onun oturduğu stolda Hollandiyanın “Xristian-demokratik çağırış” partiyasının liderinin adı olan lövhə olub.
Eks-qubernatorun bununla Ukrayna prezidenti Petro Poroşenkoya yaxın olmaq istədiyi bildirilir. Təşkilatçılar isə yanlışı düzəltmək üçün siyasətçilərin deyil, lövhələrin yerini dəyişməklə kifayətləniblər.
Son xəbərlər
Son Xəbərlər