“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmayacaq, onu burada həbs gözləyir”. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Gürcü arzusu –demokratik Gürcüstan” hakim partiyasının sədri Bidzina İvanişvili “İmedi” telekanalında “Pirispir” proqramında qonaq olarkən bildirib.
“O, (Saakaşvili-red.) sadəcə qorxaq insandır. Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır”, - deyə İvanişvili söyləyib.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə prezident seçkilərində Georgi Marqvelaşvili qalib gəldikdən sonra ölkəni tərk edib. Keçmiş dövlət başçısı dəfələrlə ölkəyə qayıdacağını, hakimiyyət dəyişikliyinə nail olacağını bəyan edib.
O, 2005-ci ildə deputat Valeri Qelaşvilini döydüyünə görə haqqında 6 il müddətinə axtarışla həbs qərarı verilib.
Son xəbərlər
Son Xəbərlər