Saakaşvili seçkilərin vaxtını açıqladı

saakasvili-seckilerin-vaxtini-aciqladi
Oxunma sayı: 639

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib.

Seçki gününün təsadüf etdiyi bazar ertəsi qeyri-iş günü elan ediləcək. Seçkilərə iki ay qalır.

Prezident Saakaşvili əmin olduğunu bildirib ki, qarşıdakı seçkilər Gürcüstanda demokratiyanın və dövlətçiliyin güclənməsinin nümayişi olacaq. O, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.
"Gürcüstan seçkiqabağı vəziyyətin yaxşılaşdırılması üçün çox şey edib. Bu məqsədlə bir çox beynəlxalq təşkilatlardan çoxsaylı müşahidəçilər cəlb edilib, seçici siyahısının dəqiqləşdirilməsi üzrə komissiya yaradılıb, bütün teleşirkətlərin kabel şəbəkəsində yayımını təmin edən "mast-Kerr" sistemi qurulub, seçkiqabağı dövrdə partiyaların davranış normaları işlənib hazırlanıb", - Prezidentin mətbuat katibi qeyd edib.