Saakaşvili səhhətinə görə məhkəmədən bunu tələb etdi

saakasvili-sehhetine-gore-mehkemeden-bunu-teleb-etdi
Oxunma sayı: 5519

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili onun işinə fasiləsiz rejimdə baxılmasını tələb edib.

"Qafqazinfo" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvilinin vəkili Şalva Xaçapuridze bununla bağlı vəsatət qaldırıb.

M.Saakaşvilinin bu tələbi onun səhhətinin getdikcə pisləşməsi ilə bağlıdır. O, bundan sonra məhkəmədə distant yox, şəxsən iştirak etmək istədiyini də bildirib.

Qeyd edək ki, sabiq Prezidentin növbəti məhkəmə prosesi yanvarın 9-da keçiriləcək.