Saakaşvili tibbi yardımdan imtina etdi

saakasvili-tibbi-yardimdan-imtina-etdi
Oxunma sayı: 1621

Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibbi yardımdan və vəziyyətini yüngülləşdirən prosedurlardan imtina edib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu ukraynalı həkim Maksim Perebiynis Saakaşvili ilə görüşəndən sonra deyib. 

“Ona kömək göstərilmədiyi üçün Saakaşvili bildirib ki, bu gündən o, tibbi yardım almaqdan imtina edir. O, aclığını azaltmağa kömək edən testlərdən və tibbi prosedurlardan imtina edir”, - deyə ukraynalı həkim qeyd edib.

Onun sözlərinə görə, Saakaşvili ilə görüşmək üçün Ukraynadan gəlsə də, ona eks-prezidenti şəxsən yoxlamağa icazə verilməyib və onlar şüşə arxasından görüşə biliblər. Həbsxana rəhbərliyi Saakaşvilinin son analiz nəticələrini təqdim etməyib. Diaqnoza gəlincə, ukraynalı həkimin sözlərinə görə, bu, tibbi sirrdir və bu barədə yalnız xəstənin özü danışa bilər.

“Əgər ona tibbi yardım göstərilməsə, bu, aclıq aksiyası zamanı səhhətinin pisləşməsi riskini artırır”, - deyə ukraynalı həkim bildirib.

Eyni zamanda Perebiynis vurğulayıb ki, heç bir halda Saakaşvilinin tibbi nəzarəti itirməsinə yol vermək olmaz.