Saakaşvili üçün həkim qrupu yaradıldı

saakasvili-ucun-hekim-qrupu-yaradildi
Oxunma sayı: 1426

Gürcüstan parlamentinin Səhiyyə komitəsi keçmiş prezident Mixail Saakaşvilinin səhhətinə nəzarət etmək üçün həkim qrupunun yaradılması haqda qərar qəbul edib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə komitə rəhbəri Dmitri Xundadze jurnalistlərə açıqlamasında deyib.

“Mixail Saakaşvilinin səhhətini xüsusi həkim qrupu izləyəcək. Onun sağlamlığı ilə bağlı detallarla qrup formatında tanış olacağıq. Hazırda onun ac olması və sözsüz ki, bunun da səhhətinə mənfi təsirləri barədə məlumatımız var. Baxmayaraq ki, o özünə belə bir şərait yaradıb, onun sağlamlığı vacibdir”, - deyə Xundadze bildirib.

Saakaşvilinin vəkilləri bildiriblər ki, o, səhhətinin yoxlanılmasına etiraz etmir:

“Mixail Saakaşvili buna qarşı çıxmır. Qoy həkimlər yoxlasın. Onun üçün şəxsi həkiminin də cəzaçəkmə müəssisəsinə gəlməsi vacibdir. Spekulyasiyadan qaçmaq üçün digər həkimlərin də gəlməsinə razıdır. Heç kəs heç nə gizlətmir”.

Səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, bu gün geniş profilli həkimlər qrupu ilə ilk görüş artıq baş tutub.

Həmçinin oxuyun: Saakaşvili təknəfərlik kameraya köçürüldü

Saakaşvilinin vəziyyəti pisləşib