Saakaşvili Ukrayna baş naziri vəzifəsinə namizəd göstərildi

saakasvili-ukrayna-bas-naziri-vezifesine-namized-gosterildi
Oxunma sayı: 3005

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna baş naziri vəzifəsinə namizəd göstərilib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Samopomiç” fraksiyasının sədr müavini Yeqor Sabolyev bildirib.

“Biz fraksiya daxilində 3 namizədi müzakirə etdik ki, onu prezidentə təqdim edək. Onlardan ikisi xaricilərdir, lakin biri, Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edib”, - deyə Y. Sabolyev qeyd edib.