Saakaşvili velosipeddən yıxıldı, qolu sındı

saakasvili-velosipedden-yixildi-qolu-sindi
Oxunma sayı: 630

Türkiyədə rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili velosipeddən yıxılaraq qolunu sındırıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər yayıb. Bazar günü baş verən insident Saakaşvilinin velosiped gəzintisi zamanı yaşanıb. Dövlət başçısı dərhal xəstəxanaya çatdırılıb, lakin bununla bağlı ətraflı məlumat verilmir.

Saakaşvilinin bu günə nəzərdə tutulan bütün proqramları bu səbəbdən ləğv edilib. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.