Saakaşvili yenidən Ukrayna vətəndaşı oldu - Zelenskidən sərəncam

saakasvili-yeniden-ukrayna-vetendasi-oldu
Oxunma sayı: 5290

Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub. 

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru olan Saakaşvilinin Ukrayna vətəndaşlığı o vaxtki prezident Petro Poroşenkonun əmri ilə 2017-ci ilin iyulunda əlindən alınmışdı.