Saakaşvili Zelenskinin təklifinə “hə” dedi

saakasvili-zelenskinin-teklifine-he-dedi
Oxunma sayı: 3763

Gürcüstanın keçmiş Prezidenti  və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynayla bağlı qərarını verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o elan edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş Nazirin müavini olmaq haqda təklifi ilə razıdır. 

“Prezident mənə Beynəlxalq Valyuta Fondu ilə, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmaq barədə göstəriş verdi”,- deyə Saakaşvili açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Kiyevin daha aydın danışıqlara və daha məqbul şərtlərə ehtiyacı var. Eks-Prezident həmçinin qeyd edib ki, Zelenski və komandası tərəfindən qəbul edilən dəyişikliklərin icrasını sürətləndirmək lazımdır.

“Ukrayna çox güclü bir iqtisadi fırtına, böhran dövrünə girir. Təkcə Ukrayna iqtisadiyyatını xilas etmək üçün deyil, hər bir Ukrayna ailəsinə zərbəni zəiflətmək və ümumiyyətlə dövləti xilas etmək üçün çox fövqəladə addımlar atmalıyıq”, - deyə Saakaşvili sözlərinə əlavə edib.