Saakaşvilidən İvanişvilinin bəyanatına sərt - təpki

saakasviliden-ivanisvilinin-beyanatina-sert-tepki
Oxunma sayı: 641

Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin Abxaziyadan keçən dəmir yolunun bərpası ehtimalına dair bəyanatını təhlükəli adlandırıb. Anspress-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili bildirib ki, bu bəyanat geosiyasi və geostrateji maraqları nəzərdə tutmur.

Abxaziyadan keçən dəmir yolunun bərpasının ilk növbədə Rusiyanın maraqlarına xidmət etdiyini deyən prezident qeyd edib ki, bununla Moskva faktiki olaraq Abxaziyanın işğalını qanuniləşdirmək istəyir.

“Bu layihəni ümumi kontekstdən çıxarılaraq ayrıca nəzərdən keçirmək antimilli, antidövlət addımdır. Bu, Gürcüstanın müstəqilliyinə zərbədir”, - deyə Saakaşvili vurğulayıb.