“Saakaşvilini heç vaxt əfv etməyəcəm” - Gürcüstan Prezidenti

saakasvilini-hec-vaxt-efv-etmeyecem
Oxunma sayı: 3553

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, eks-prezident Mixail Saakaşvilini əfv etməyəcək.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə o, birifinq zamanı deyib:

“Hamı qanun qarşısında bərabərdir. Çoxları soruşur, prezident Saakaşvilini bağışlayacaqmı? Cavab yeganə, sadə və qətidir – yox, heç vaxt”.

Zurabişvilinin sözlərinə görə, Saakaşvili Gürcüstana sabitliyi pozmaq üçün gəlib. Gürcüstan Prezidenti Saakaşvilini "onun rejimindən əziyyət çəkən insanlara qarşı dürüst olmaq" üçün bağışlamayacağını da sözlərinə əlavə edib.