Saakaşvilinin arvadı Gürcüstanda etiraz dalğasına söz verdi

Saakaşvilinin arvadı Gürcüstanda etiraz dalğasına söz verdi
Oxunma sayı: 1706

“Bidzina İvanişvilinin rejiminə etiraz dalğası ilə son qoymaq olar”.

"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə müxalif Vahid Mili Hərəkat Partiyasının Zuqdidi rayon merliyinə namizədi olan, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs bildirib.

O deyib ki, B.İvanişvilinin rejimini devirdikdən sonra ölkədə seçkilər barədə danışmaq mümkün olacaq:

“Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik”.

Qeyd edək ki, ötən gün Zuqdidiə keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%, S.Rulofs isə 46,88%-ni əldə edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi