Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi

saakasvilinin-atasi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2025

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin atası, tanınmış həkim Nikoloz Saakaşvili infarkt keçirib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvili Tbilisidə xəstəxanaya yerləşdirilib. 
Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, eks-prezidentin atası sabah evə buraxılacaq.

“Nikoloz Saakaşvili yaxşıdır, sabah evə buraxılacaq. Onun haqqında əlavə məlumat verə bilmərik, çünki bu, məxfidir”, - deyə klinikadan bildirilib.

Qeyd edək ki. Nikoloz Saakaşvili bir neçə gün əvvəl KİV vasitəsilə oğluna müraciət edərək aclıq aksiyasını dayandırmasını istəmişdi.