Saakaşvilinin növbəti məhkəməsi klinikada keçiriləcək

saakasvilinin-novbeti-mehkemesi-klinikada-kecirilecek
Oxunma sayı: 1434

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi müalicə aldığı klinikada keçiriləcək.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Çaxnaşvili qərar qəbul edib.

Sözügedən məhkəmə prosesi gürcü siyasətçinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı olacaq.

Qeyd edək ki, məhkəmə prosesi Saakaşvilinin səhhətinin pisləşməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Belə ki, siyasətçi mayın 12-də həbsxanadan “Vivamedi” klinikasına köçürülüb.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

M. Saakaşvili 6 il müddətinə həbs olunub.