Saakaşvilinin partiyasını qeydə almadılar

saakasvilinin-partiyasini-qeyde-almadilar
Oxunma sayı: 638

Ukraynanın Ədliyyə Nazirliyi Gürcüstanın eks-prezidenti və Odessa qubernatoru olmuş Mixail Saakaşvilinin partiyasını qeydiyyata almayıb.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili tərəfdarları bu gün Ukrayna Ədliyyə Nazirliyinin binası qarşısında partiyanın mitinq-qurultayını keçiriblər. 

Komandanın üzvləri bildiriblər ki, nazirlik Mixail Saakaşvili ilə heç bir əlaqəsi olmayan saxta “Mixail Saakaşvili bloku”nu qeydə alsa da, eks-qubernatorun partiyasını qeydə almaqdan imtina edib.