Saakaşvilinin sevgilisi onunla görüşə buraxılmadı

saakasvilinin-sevgilisi-onunla-goruse-buraxilmadi
Oxunma sayı: 2117

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ukraynalı sevgilisi, Ali Radanın deputatı Yelizaveta Yasko Rustavi həbsxanasında gürcü siyasətçinin yanına buraxılmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Yasko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rustavi şəhər həbsxanasının administrasiyası onu siyasətçi ilə görüşə buraxmayıb.

“Heç vaxt belə olmamışdı. Mən həmişə onu ziyarət edə bilmişəm. Mən ailə üzvüyəm və Ukrayna Radasının millət vəkiliyəm. Artıq uzun müddətdir, Mixail Saakaşvilini görməmişəm, başqa ölkədən gəlirəm və mənə yaxın insanla görüşməyə icazə vermirlər. Bu, mənim hüquqlarımın pozulmasıdır”, - deyə Yasko söyləyib.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.