Saakaşvilinin yanındakı gözəl... - Fotosessiya

saakasvilinin-yanindaki-gozel
Oxunma sayı: 6323


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, onlar 25 yaşlı Avromaydan fəalı Yuliya Maruşevskaya və Əfqan müharibəsinin 51 yaşlı qəhrəmanı, biznesmen Vladimir Jmak olub. 

Saakaşvili bildirib ki, onun hər iki müavini dövlət xidməti təcrübəsinə malik deyil. Odessa qubernatoru yeni müavinləri haqda “Facebook” səhifəsində abunəçiləri qısa tanış edib. 

Xüsusi olaraq o 25 yaşlı Yuliya haqqında cavab verib ki, onun tələbəlik illəri ABŞ-ın ən yaxşı universitetlərindən birində keçib: “25 yaşlı Avromaydan fəalı bütün dünya telekanallarında öz klipləriylə və televiziya çıxışlarıyla məşhur olub. O, Ukraynanın azadlığının müdafiəsi üzrə ümumdünya kampaniyanı aparırdı. Yuliya son illər ərzində Harvard və Stenford universitetlərində kurslar keçib. O, özü Odessa vilayətinin Tatarbunar rayonunundandır”,- deyə Saakaşvili qeyd edib.

Saakaşvilinin yeni müavini sosial şəbəkə istifadəçilərinə “Mən – ukraynalıyam” klipindən tanışdır. Saakaşvili etiraf edib ki, Vladimir onun köhnə tanışıdır. Bir-birilərini 30 ildir tanıyırlar.