Saakaşviliyə qaçqın statusu verilmədi - Deportasiya ediləcək

saakasviliye-qacqin-statusu-verilmedi
Oxunma sayı: 1774

Ukraynanın Miqrasiya xidməti Odessanın keçmiş qubernatoru, “Yeni qüvvələrin hərəkatı” partiyasının lideri Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuri Luçenko bəyanat verib:

“Əgər əvvəllər mən bəyan edirdim ki, Saakaşvili onun deportasiya və ya ekstradisiyasını mümkünsüz edən statusa sahibdir, indi Dövlət Miqrasiya Xidməti ona qaçqın statusu verməkdən imtina edib”.

Prokurorun sözlərinə görə, belə olan halda Saakaşvilinin deportasiya və ya ekstradisiyasını mümkünsüz edən hər hansı xüsusi hal yoxdur. 

Xatırladaq ki, iyulda prezident Petro Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmişdi.