Saakaşviliyə telefonla danışmaq qadağan edildi

saakasviliye-telefonla-danismaq-qadagan-edildi
Oxunma sayı: 2469

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun keçmiş vəkili Şalva Xaçapuridze məlumat yayıb.

O bildirib ki, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar. Onun sözlərinə görə, Saakaşvilinin yanına hətta onun partiyasının üzvlərini, deputatları belə buraxmırlar.