Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Krivoy-Roq şəhərində pərt olub.
“Qafqazinfo” TASS Agentliyinə istinadən xəbər verir ki, o, yerli sakinlər qarşısında çıxış edərkən ona yumurta atılıb və “zelyonka” ilə paltarları kirləndirilib.
Saakaşvili şəhərdə Donbassdakı silahlı atışma zamanı ölən şəxslərin xatirəsini andıqdan sonra çıxışa başlayıb. Onun çıxışını yumurta atəşi kəsib.
Qeyd edilir ki, bu addımı atan şəxs tutulub və polis şöbəsinə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər