Saat 18:00 oldu, kafelər, restoranlar bağlandı - Fotosessiya

saat-1800-oldu-kafeler-restoranlar-baglandi
Oxunma sayı: 5960

Xəbər verdiyimiz kimi, bu gündən etibarən restoran, kafe, çay evləri, eləcə də bütün ictimai iaşə məkanlarının fəaliyyətinə saat 08:00-dan 18:00-dək icazə verilib.

Qərarın şərtlərinə əsasən, saatlar 18:00-ı göstərdiyi an şəhərin mərkəzi küçələrində fəaliyyət göstərən iaşə obyektlərinin qapıları müştərilərin üzünə bağlanıb.

"Qafqazinfo"nun fotoqrafı  Nuran Məmmədov qərarın tətbiq olunduğu ilk gündə mövcud mənzərəni lentə alıb.

Xatırladaq ki, ictimai iaşə obyektlərində 29 mart saat 00:00-dan müştərilərə yerində xidmət dayandırılmışdı.