Saatını milyonlarla dollara hərraca çıxardı

saatini-milyonlarla-dollara-herraca-cixardi
Oxunma sayı: 3283

Hollivud ulduzu Silvestr Stallone saat kolleksiyasını Sotheby hərracında satışa çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Skynews” məlumat paylaşıb.

Məlumat üçün deyək ki, onun kolleksiyasının ən bahalı nümunəsi nadir “Patek Philippe Ref” markasına aid olub. 

Stallone kolleksiyasından ümumilikdə 6,7 milyon dollar gəlir əldə edib. Ulduzun sözügedən markaya aid “6300G-010 Grandmaster Chime” saatı 5,4 milyona alınıb.