Saatlıda 4 yaşlı uşaq su kanalında boğulub öldü

saatlida-4-yasli-usaq-su-kanalinda-bogulub-oldu
Oxunma sayı: 956

Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı hadisə yerində boğularaq ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.