Saatlıda 55 yaşlı kişi qətlə yetirildi

saatlida-55-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 1944

Saatlıda 55 yaşlı kişi qətlə yetirilib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib. Belə ki, kənd sakini 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli