Saatlıda 9 yaşlı uşağı maşın vurdu

saatlida-9-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 2077

Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qazanbatan kəndi ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü Nəsir Əhmədov idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobili ilə yolu keçmək istəyən 9 yaşlı Əlizaman Qədimlini vurub.

Azyaşlı ağır vəziyyətdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza