Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Seyidlər kəndində baş verib.
Belə ki, kənd sakinləri 1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2009-cu il təvəllüdlü Məmmədov Zahid Əbülfəz oğlu, Məmmədov Vahid Əbülfəz oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Əli Əbülfəz oğlu zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər