Saatlıda çətənə bitkisi yetişdirən saxlanıldı - Fotolar

Saatlıda çətənə bitkisi yetişdirən saxlanıldı
Oxunma sayı: 890

Saatlıda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Nəriman Məmmədov saxlanılıb.

N. Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş, çəkisi 8 kiloqramdan artıq 131 ədəd çətənə kolu və 240 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi