"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, avqustun 7-də saat 15 radələrində Saatlı rayonu Novruzlu kəndinin ərazisində Sabirabad rayon sakini Allahyar Məlikov idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.
Allahyar Məlikovun sərnişinlərindən həmyerliləri Heydər Məlikov, Ramin Məlikov hadisə yerində, suda boğularaq ölüb, özü və digər sərnişini Əhməd Əbilov xəstəxanaya yerləşdiriliblər.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər