Saatlıda oğul anasını güllələyərək öldürdü

saatlida-ogul-anasini-gulleleyerek-oldurdu
Oxunma sayı: 5089

Saatlı sakini anasını ehtiyatsızlıqdan güllələyərək öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, Kamallı kənd sakini 1990-cı il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ov tüfəngindən ehtiyatsızlıq edərək anası Qəmbərova Tovuz Fərman qızını vurub.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli