Saatlıda pambıqçılığa həsr olunan müşavirə keçirilib

saatlida-pambiqciliga-hesr-olunan-musavire-kecirilib
Oxunma sayı: 1001

Bu gün Saatlıdakı Gənclər mərkəzində “Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Nazirliyin yerli strukturlarının, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.

Müşavirə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, ötən il rayonda 17 min 220 hektar sahədə pambıq əkilib və 25 min 756 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq 15 sentnerə çatıb. 

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir. 

Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi, pambıqçılıqla yanaşı tütünçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışıb.

Sonda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, pambıq səpininə hazırlıq və səpini səmərəli təşkilinə dair müvafiq tapşırıqlar verili