Saatlıda qatar maşınla toqquşdu - 3 nəfər öldü

saatlida-qatar-masinla-toqqusdu
Oxunma sayı: 2195

Saatlı rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

***

Qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

Bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.

Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.