Saatlıda qəza: ölən və yaralananlar var - Fotolar

Saatlıda qəza: ölən və yaralananlar var
Oxunma sayı: 1361

Saatlıda iki avtomobil toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Qaranuru kəndində  baş verib.

Belə ki, “Vaz-2107” və “Mitsubishinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şirvan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxananın reanimasiya şöbəsində ölüb.

Digər üç nəfərin isə vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi