Saatlıda yanğın hadisəsi baş verib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayonunun Qara Nuru kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyü 20 m² sahədə, bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 20 ton ot bağlamasının 3 tonu yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər