Saatlıda velosiped sürəni maşın vurub öldürdü

saatlida-velosiped-sureni-masin-vurub-oldurdu
Oxunma sayı: 1930

Saatlıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 14-də saat 7 radələrində Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub.

Xəstəxanaya yerləşdirilmiş Y.Kazımov mayın 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.