Saatlıda yük qatarında yanğın olub

saatlida-yuk-qatarinda-yangin-olub
Oxunma sayı: 1425

Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 m² sahədə taxta şpal yanıb.

Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.