Saatlıda zəlzələ oldu - 5.3 bal

saatlida-zelzele-oldu
Oxunma sayı: 2011

Azərbaycanda bu gün səhər saatlarında zəlzələ qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, yeraltı təkanlar Saatlı rayonu ərazisində baş verib. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində qeydə alınan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub. Zəlzələ maqnituda 5.3 bal gücündə olub.