Saatlıdakı yanğında xəsarət alan var

saatlidaki-yanginda-xesaret-alan-var
Oxunma sayı: 862

Saatlı rayonunun Qıraqlı kəndində yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.